“Yenidən “Neftçi”də işləmək mənim üçün böyük şərəfdir”
05.03.2011 - 17:00
Tanınmış azərbaycanlı həkim Boris Xetaqurov uzun fasilədən sonra yenidən Bakının “Neftçi” klubunda çalışacaq. Bu haqda apasport.az saytına Xetaqurovun özü məlumat verib. Təcrübəli həkim hələ SSRİ dövründən çalışdığı kluba qayıdaraq, onun baş həkimi təyin olunduğu bildirib: “Ötən ilin sonunda “Xəzər Lənkəran”dan gedəndən sonra bir neçə klubdan təklif almışdım. Bunlar arasında “Neftçi” də vardı. Ondan təklif gələn kimi çox fikirləşmədən, tərəddüd etmədən razılıq verdim. Çünki Azərbaycanın ən köklü klubu olan “Neftçi” mənə çox tanış, doğmadır. Uzun müddət tanıdığım bu komandanı çox yaxşı tanıyıram. Təklif aldıqdan sonra klubun prezidenti Sadıq Sadıqovla görüşdüm. Danışığımız müsbət yekunlaşdı. Sadıqova göstərdiyi böyük etimada görə minnətdaram”.
Xetaqurov köhnə-yeni komandasına bu gün təqdim olunub: “Mən “Neftçi”nin baş həkimi kimi bütün tibbi məsələlərə cavabdehlik daşıyacağam. Yəni təkcə əsas yox, klubun digər komandalarına da məsuliyyətli olacağam. Yenidən “Neftçi”də işləmək mənim üçün böyük şərəfdir”.
1964-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirən Xetaqurov 40 il (1963-2003) “Neftçi”də çalışıb. O, 1966-cı ildə SSRİ çempionatının bürünc medalını qazanan komandamızda olub. Xetaqurov AFFA-da Tibb Komitəsinin sədri (1992-2005), Azərbaycan milli komandasının (1992-2005), “Qarabağ”ın (2004), “Xəzər Lənkəran”ın (2005-2010) həkimi işləyib. Lənkəran klubunun qazandığı bütün mükafatlar zamanı onun sıralarında olan Xetaqurov Azərbaycanın əməkdar həkimi, idman tibbində yüksək kateqoriyalı həkim, “MDB ölkələrinin İdman Həkimləri Birliyi”nin üzvüdür.
Həmyerlimiz 2008-ci ildə Almaniyada dünyada məşhur həkim olan professor Pfayferin Tibbi Mərkəzində idman həkimlərinin dərəcəsinin artırılması kursunu bitirib. Xetaqurov hələ 1985-ci ildə idmançıların fiziki işgüzarlığının artırılması vasitəsinin ixtirasına görə müəlliflik hüququnu alıb. O, FİFA, UEFA-nın, Almaniya, Türkiyə, Rusiya, İtaliya, Bolqarıstan, Slovakiya Futbol Federasiyalarının keçirdiyi tibbi simpoziumlarda, seminarlarda iştirak edib.
Mehman SÜLEYMANOV

0
0