Getman milli komandada
06.03.2011 - 12:00
Getman milli komandada
19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Vəli Qasımov növbəti təlim-məşq toplanışında iştirak edən oyunçuların siyahısını müəyyənləşdirib. Martın 7-dən 14-dək Bakıda keçiriləcək hazırlıqlarda Şahin Hüseynov (“Qarabağ”), Fuad Əsədov (“Bakı”), Fərid Ağayev (“Qəbələ”), Rəhman Hacıyev (“Bakı”), Hacı Əhmədov (“Bakı”), Ruslan Getman (“Neftçi”»), Orxan Əsgərov (“Ağstafa”), Fərid Alıyev (“Ağstafa”), Xanlar Zamanov (“İnter”), Mirsayib Abbasov (“İnter”), Ramil Mansurov (“İnter”), Samir Rüstəmli (“Neftçi”), İlqar Ələkbərov (“Neftçi”), Rizvan Əhmədxanov (“Volqoqrad”, Rusiya), Mark Əhmədov (“Şinnik”, Rusiya), Nikolay Çijevski (“Şinnik”, Rusiya), İvan İsmayılov (“Ximki”, Rusiya), İbrahim İbrahimov (“Torpedo”, Rusiya), Ramazan Osmanov (“Şinnik”, Rusiya) və Eldar Cankişiyev (“Anji”, Rusiya) iştirak edəcək.