Gənc müdafiəçi xərçəngdən əməliyyat olunacaq
06.03.2011 - 15:19
İspaniyanın “Betis” klubu xoşagəlməz hadisə ilə üzləşib. Apasport.az saytının məlumatına görə, Sevilya təmsilçisinin müdafiəçisi Miki Roke şok açıqlama ilə pərəstişkarlarına üzüntü bəxş edib. 22 yaşlı gənc xərçəng xəstəsi olduğunu bildirib. İngiltərə “Liverpul”unun yetirməsi olan ispaniyalı əməliyyat olunacağını və həkimlərin ümidli olduğunu açıqlayıb. Lakin o, mövsümün sonunadək meydana çıxmayacaq.
Qeyd edək ki, aşağı dəstədə çıxış edən “Betis” Primeraya qayıtmaq uğrunda mübarizə aparır.
Qeyd edək ki, aşağı dəstədə çıxış edən “Betis” Primeraya qayıtmaq uğrunda mübarizə aparır.
0
0