Ramiz Məmmədov məğlubiyyətlə başladı
06.03.2011 - 16:54
Bu gün Qazaxıstan çempionatına start verilib. Apasport.az saytının məlumatına görə, ilk tur Azərbaycan futbolu tarixinə düşüb. Belə ki, həmyerlimiz Ramiz Məmmədov Qazaxıstan çempionatında debüt etməklə buna nail olan ilk azərbaycanlı olub. Onun baş məşqçisi olduğu “Atırau” ilk turda ölkənin ən tanınmış komandalarından olan “Aktobe”nin qonağı olub. Bu qarşılaşmada meydan sahibləri 2:0 hesabı ilə qalib gəlib. Məmmədovu məyus edən qolları Lısenkov 24-cü və Xayrulin 67-ci dəqiqədə vurublar.
Qeyd edək ki, Məmmədovun başçılıq etdiyi məşqçilər korpusunda daha 2 həmyerlimiz – Elxan Abdullayev və Mehman Baxışov da yer alıblar.
Qeyd edək ki, Məmmədovun başçılıq etdiyi məşqçilər korpusunda daha 2 həmyerlimiz – Elxan Abdullayev və Mehman Baxışov da yer alıblar.
0
0