“Qarabağ” Türkiyəni qələbə ilə tərk edir
06.03.2011 - 20:48
Türkiyədə təlim-məşq toplanışında olan Ağdamın “Qarabağ” klubu yoldaşlıq oyununda qüvvəsini sınayıb. Apasport.az saytının məlumatına görə, fevralın 28--dən qonçu ölkədə hazırlıq keçən Qurban Qurbanovun yetirmələri Rusiyanın “OİK-Enerji” klubu ilə görüşüb. Təmsilçimiz erkən qol buraxsa da qalib gələ bilib – 3:1. Belə ki, rusların 17-ci dəqidədəki qoluna əvvəl Əfran İsmayılov cavab verib. O, 40-cı dəqiqədə Ansi Aqollinin ötürməsini qola çevirib. Fasilədən sonra isə Ndemir Nedzipi və Vüqar Nadirov müvafiq olaraq 75- və 80-ci dəqiqələrdəki qollarla “Qarabağ”a qələbə qazandırıblar.
Qeyd edək ki, ağdamlılar sabah Azərbaycana qayıdır.
Qeyd edək ki, ağdamlılar sabah Azərbaycana qayıdır.
0
0