Premyer Liqa futbolçuları üçün yeni qadağa
07.03.2011 - 10:35
İngiltərə Futbol Assosiasiyası yeni qərar verib. Apasport.az saytının məlumatına görə, futbolun yaradıcıları oyunçuların boyunlarına taxdığı isidici sarğılara qadağa qoyub. Bundan sonra futbolçular aşağı temperaturda istifadə etdikləri bu sarğılardan yararlana bilməyəcək. Bu addım onunla əsaslandırılıb ki, sarğı oyun zamanı idmançıların sağlamlığına zərə verə bilər. İdman geyiminin bir hissəsi olmayan sarğılara qadağa qaydanın qəbul olunduğu gündən dərhal qüvvəyə minib.
0
0