AZAL-da növbəti yubiley
07.03.2011 - 11:17
AZAL-da növbəti yubiley
Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunu Bakının AZAL klubunun baş məşqçisi Nazim Süleymanov üçün əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, 46 yaşlı mütəxəssis üçün “Turan”la səfər oyunu yubiley matçıdır. Paytaxt təmsilçisini indiyədək 49 oyuna çıxaran Süleymanov 50-ci dəfə “təyyarəçilər”in “sükanı arxasında” olacaq.

Yubileyi kuboka təsadüf edən çalışdırıcı 2009-cu ilin payızında bu posta təyin olunub. Onun debüt matçı noyabrın 29-a “Neftçi”ylə matça təsadüf edib. Həmin vaxt “Olimpik-Şüvəlan” adlanan komanda “ağ-qaralar”dan xal almışdı – 0:0. “Siftə”dən 464 gün sonra yubiley qeyd edəcək Süleymanov bu müddətdə 43 çempionat və 6 kubok görüşündə iş başında olub.

TURNİR

O

Q

H

M

TOP

X

Çempionat 2009/10

21

8

7

6

22-13

31

Kubok 2009/10

4

0

3

1

2-3

3

Çempionat 2010/11

22

9

9

4

27-16

36

Kubok 2010/11

2

2

0

0

4-1

6

CƏMİ

49

19

19

11

55-33

76


Maraqlıdır ki, Süleymanov Azərbaycandakı məşqçilik karyerasını da məhz “Turan”la səfər oyununda başlayıb. 2004-cü ildə “Xəzər Lənkəran”ı çalışdırarkən onun debütü 1:1 hesablı heç-heçə ilə nəticələnmişdi. Lakin həmin görüş Tovuzda deyil, Qazaxda keçirilmişdi.

Qeyd edək ki, ölkə kubokunun 1/4 final mərhələsinin “Turan”la ilk matçı da AZAL üçün yubileylə əlamətdar olmuşdu. Həmin qarşılaşma AZAL-ın 7 illik tarixi ərzində 200-cü matç idi.