Kuarejma qaşlarını aldırdı
07.03.2011 - 11:59
Kuarejma qaşlarını aldırdı
“Beşiktaş” klubunun futbolçusu Rikardo Kuarejma mikroba yoluxub. Apasport.az saytının məlumatına görə, portuqaliyalı legionerin “Trabzonspor”la oyun öncəsi heyətdən çıxarılması bununla bağlı olub.

Əslində, Rikardonun son məşqdə arxa əzələsini dartdığı üçün qorunduğu deyilirdi. Ancaq işin əsli üzə çıxanda, maraqlı məqam aşkarlanıb. Belə ki, Kuaresma uzanan qaşlarını aldırarkən, problemlə üzləşib.

“Beşiktaş”ın həkimi Devrim Urğun məsələ ilə bağlı belə açıqlama verib: “Rikardo axşam məşqində əzələsini dartdı. Müayinə zamanı məlum oldu ki, hər hansı qanama və ya yırtıq yoxdur. Ancaq ağrıları olduğunu bildirdi. Onsuz da iki gündür bağırsaq infeksiyası yaşadığından müalicə alırdı. Onun ağrılarını və yorğunluğunu göz önünə alan baş məşqçimiz Bernd Şuster onun dincəlməsinə qərar verdi”.

Ancaq həkimin belə söyləməsinə baxmayaraq, klub rəhbərliyi araşdırmasının nəticəsi fərqli şeyləri ortaya çıxarıb. Belə ki, son məşqdə hər hansı xəsarət almayan, problem yaşamayan Kuarejmanın getdiyi gözəllik salonunda qaşlarını aldırdığı zamanı mikrob tapdığı və bu üzdən halsız vəziyyətə düşdüyü öyrənilib. O da məlum olub ki, bu olay Şusterdən gizli saxlanılır.