Azərbaycan yığmasında islahatlar başladı
07.03.2011 - 12:26
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının heyətində dəyişikliklər edilib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Təbriz Həsənov Türkiyəyə yollanan heyətdə müəyyən islahatlar aparıb.
O, fevralın 27-dən martın 6-dək Antalya şəhərində təlim-məşq toplanışında olan 22 nəfərlik heyətdən 5 futbolçunu kənarlaşdırıb. Bunlar Emil Həşimov, Ramin Şirinov (hər ikisi “Qarabağ”), Fuad İslamzadə (“İnter”), Ələkbər Bayramov (“Sokol”, Saratov, Rusiya) və Elmin Həsənovdur (“Zenit”, Sankt-Peterburq, Rusiya).
Türkiyədə təşkil olunan beynəlxalq turnirdə iştirak edəcək 18 nəfərlik heyətə isə yeni ad əlavə olunub. Bu, Rusiyanın “Anji” klubunun yetirməsi olan Şamil Cəmaladdinovdur.
O, Coşqun Diniyev, Qurbanəli Əliyev, Adil Nağıyev (hamısı “İnter”), Eyyub Əliyev, Kənan Manafov (hər ikisi “Neftçi”), Sadiq Quliyev, Şirməhəmməd Məmmədov, Elvin Camalov (hamısı “Qəbələ”), İsmayıl İsmayılov (“Lokomotiv”, Moskva, Rusiya), Kamran Abdullazadə (“Xəzər Lənkəran”), Orxan Əliyev (“Elektroavtomatika”, Stavropol, Rusiya), Ruslan Nəsirli (“Maşuk” KMV, Pyatiqorsk, Rusiya), Rüstəm Əsgərov (“Tekstilşik”, İvanovo, Rusiya), Polad Mirzəzadə (“Bakı”), Nurlan Şiriyev (“Rostov”, Rostov, Rusiya), David Qarayev (“İnter”, Moskva, Rusiya) və Ruslan Abdullayevlə (“Torpedo”, Moskva, Rusiya) birlikdə bu gün start götürən turnirə qatılacaq.
Mənbə: affa.az

0
0