Mirça Rednik Azərbaycan kubokundan kənarlaşdırıldı
07.03.2011 - 12:39
Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan kubokunun 1/4 final mərhələsinin “Neftçi” - “Xəzər Lənkəran” matçındakı hadisələr müzakirə olunub.
4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün “Xəzər Lənkəran” 1000 manat cərimələnib. 32-ci dəqiqəndə qonaq azarkeşlər yerləşən sektorlarda oturacaqlar sındırılaraq, qaçış zolağına atıldığı üçün cənublular daha 2000 manat ziyana düşüb.
Bundan başqa, lənkəranlı fanatlar yerləşən sektorlarda (20-21-22-ci sektorlar) 325 ədəd oturacaq sındırılıb. Bu səbəbdən də qonaqlar dəymiş zərərə uyğun Respublika stadionunun rəhbərliyinin təqdim edəcəyi hesab əsasında ödəmə etməlidir.
Oyunun 77-ci dəqiqəsində hakimləri təhqir edən baş məşqçi Mirça Rednikin də cəzası ağır olub. O, 5 oyunluq cəzalanıb ki, bu cəza da Azərbaycan Kuboku yarışlarına şamil edilir. Bu isə o deməkdir ki, Rednik cari mövsüm kubok yarışlarından kənar qalacaq. Onun hərəkətləri klubu 5000 manat xərcə salıb.
“Neftçi”nin cəzası isə xeyli yüngül olub. Oyunun 27 və 70-ci dəqiqələrində “Neftçi”nin azarkeşləri tərəfindən qaçış zolağına yandırıcı maddə (fişəng) atıldığı üçün klub 3000 manat ödəməli olacaq.

0
0