Aqil Nəbiyev: Biz istənilən halda, mərhələ adlamalıyıq
08.03.2011 - 00:12
“Birinci oyunda bəxt sayəsində qələbə qazanmağımızla bağlı səsləndirilən fikirlərlə razı deyiləm. Biz təcrübə hesabına qələbə qazandıq”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın kapitanı Aqil Nəbiyev deyib.
Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində sabah “Turan”la qarşılaşacaq AZAL bu gün Qərb bölgəsinə yollanıb. İlk oyunda inamlı qələbə qazanan paytaxt təmsilçisi cavab matçına rahat çıxa biləcək. Ancaq kapitan çox arxayınlaşmağın da komandaya ziyan verə biləcəyindən ehtiyatlanır: “2:0 hesabı ilə qələbə qazansaq da, çətin oyun olacaq. “Turan” evdə yaxşı mübarizə aparır. Azarkeş dəstəyi də onların üstünlüyü sayıl bilər. Ancaq biz istənilən halda, mərhələ adlamalıyıq”.
29 yaşlı müdafiəçi bu mərhələni adlayacaqları təqdirdə finala qədər irəliləyəcəklərinə inanır. Ancaq futbolçu bütün güclərini yalnız kubok oyunlarına da sərf etməyəcəklərini qeyd edib: “Biz ancaq kuboku düşünmürük. Çempionatda da mübarizə aparacağıq. Kubokda “Turan” səddini keçsək, finala qədər irəliləyəcəyimizi düşünürəm. Futbolçular çox istəklidirlər. 7 oyun idi qələbə qazana bilmirdik. Buna görə də, birinci oyunda gərginlik var idi və qələbəni qorumağa çalışdıq”.

0
0