“Arsenal” yenə “boyun əydi”, “Şaxtyor” “Roma”nı rüsvay etdi
09.03.2011 - 10:00
UEFA Çempionlar Liqasında (ÇL) ilk ¼ finalçılar müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “Barselona” ilə “Şaxtyor” mübarizəni davam etdirəcəklər. Kataloniya təmsilçisi “Arsenal”la gərgin oyunda ona lazım olan qələbəni əldə edib. Halbuki məcburiyyətdən müdafiənin mərkəzində oynayan dayaq yarımmüdafiəçisi Serxio Busketsin avtoqolundan sonra “Barselona”nın işi çətinə düşdü. Ancaq bundan 3 dəqiqə sonra isveçrəli baş hakim Massimo Buzakkanın qonaqların hücumçusu Robbi van Persiyə göstərdiyi 2-ci sarı, ardından qırmızı vərəqə oyunun taleyini həll etdi. İspanlar 10 nəfərlə qalan rəqibinə 3 dəqiqəyə 2 qol vurmaqla, meydanı qalib tərk etdi. Bununla “Arsenal” “Barselona” ilə son 5 ildə 3-cü dueldən də məğlub ayrıldı.
Avropada “Şaxtyor” fırtınası əsməkdə davam edir. Mirça Luçeskunun yetirmələri “Roma”ya cavab görüşündə də qalib gəldi. Özü də bu dəfə “Şaxtyor” böyük hesabla qalib gəlməklə, italyanları rüsvay etdi. Donetsklilər hər iki oyunda adlı-sanlı rəqibinin qapısından 3 top keçirə bildilər. Düzdür, “Şaxtyor” hesabda 1:0 irəlidə olduğu zamanı “Roma”nın hücumçusu Marko Borriyellonun penalti zərbəsini dəqiq yerinə yetirə bilməməyini də qeyd etmək lazımdır. Nəticədə italyanların yeni baş məşqçisi Vinçetso Montellanın postundakı ilk məğlubiyyəti böyük hesablı oldu. 2009-cu ildə UEFA kubokunun son qalibi kimi tarixə düşən “Şaxtyor” isə ilk dəfə ÇL-nin ¼ finalına çıxdı.
8 mart
“Barselona” (İspaniya) – “Arsenal” (İngiltərə) – 3:1
Messi, 45+1, 71-pen, Xavi, 69 - Buskets, 53-öz qapısına
İlk oyun – 1:2
“Şaxtyor” (Ukrayna) – “Roma” (İtaliya) – 3:0
Hyubşman, 18, Villian, 58, Eduardu da Silva, 87
İlk oyun – 3:2

0
0