Mahir Şükürov üçün yeni kapitan
09.03.2011 - 10:14
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubunun yeni kapitanının adı məlum olub. Apasport.az saytının məlumatına görə, braziliyalı Roberto Karlos komanda daxili yığıncaqda bu vəzifəyə seçilib. 38 yaşlı veteran kapitan sarğısını Rasim Tahirbəyovdan alıb. Karlos bunun onun üçün gözlənilməz olduğunu açıqlayaraq məsuliyyətinin artdığını bildirib.
Qeyd edək ki, iclasda vitse-kapitanlar da seçilib. Bunlar Rasim və yığmamızın sabiq futbolçusu Şamil Lahiyalovdur.
Qeyd edək ki, iclasda vitse-kapitanlar da seçilib. Bunlar Rasim və yığmamızın sabiq futbolçusu Şamil Lahiyalovdur.
- “Fənərbaxça”nın futbolçularından İsmail Kartala vida
- “Qalatasaray”da Barış Alper Yılmaz qərarı – Növbəti oyunu buraxacaq
- “Qızıl top”un sahibi “Bavariya”da qalır – Yeni müqavilə imzalanacaq
- “Fənərbaxça”nın baş məşqçi siyahısı genişlənir – Pioli, Konte və yerli namizədlər
- “Fənərbaxça”nı müvəqqəti olaraq Dirk Kuyt çalışdıracaq – RƏSMİ
0
0