Venger Qvardiola və Buzakka ilə dalaşdı
09.03.2011 - 10:28
Venger Qvardiola və Buzakka ilə dalaşdı
UEFA Çempionlar Liqasında ¼ final mərhələsində “Barselona” ilə “Arsenal”ın cavab görüşündən sonra qalmaqal olub. Apasport.az saytının məlumatına görə, oyun bitəndən sonra komandaların yollandığı paltardəyişmə otağı tərəfdə bir neçə insident baş verib. “Arsenal”ın baş məşqçisi Arsen Venger “Barselona”dan olan həmkarı Xosep Qvardiola və isveçrəli baş hakim Massimo Buzakka ilə yüksək tonda danışıb. London klubunun rusiyalı yarımmüdafiəçisi Andrey Arşavin isə ispaniyalı həmkarı Andreas İnyesta ilə münasibətlərini ayırd edib.

Venger digərlərinə də hirsli olub. O, Buzakkaya yaxınlaşaraq, üstünə qışqırıb: “Sən bizə hörmət etmirsən, baş verənlərə inana bilmirəm”. Bundan sonra Qvardiola ilə haqq-hesab çürütməyə yollanan fransız çalışdırıcının qalmaqalı o qədər dərinə gedib ki, “Barselona”nın argentinalı yarımmüdafiəçisi Xavyer Maskerano araya girərək, tərəfləri sakitləşdirməli olub.

Qeyd edək ki, “Arsenal” İspaniyada 1:3 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb. Venger Buzakkanın əsas narazılığı hesab 1:1 olarkən, hollandiyalı futbolçusu Robbi van Persini meydandan qovması olub.