Üçü də eyni!
09.03.2011 - 11:50
Azərbaycan kubokunun cari mövsümünün yarımfinalçıları birgə addımlamaqda davam edirlər. Apasport.az saytının hesablamalarına görə, “Xəzər Lənkəran”, “Bakı” və “İnter” tarixlərində 6-cı dəfə ölkə kubokunun 1/2 mərhələsinə çıxıblar.
2004-cü ildə yaranan “Xəzər Lənkəran” indiyədək bir dəfə yarımfinaldan kənarda qalıb: 2009-cu ildə. “İnter”lə “Bakı” da 7 il öncə futbol səhnəmizə çıxsalar da, müvafiq olaraq “Xəzər Universiteti” və “Dinamo”nun (sonradan “Dinamo-Bakılı”) xələfləridir. “Tələbələr” heç vaxt yarımfinala kimi irəliləyə bilmədikləri halda, “dinamoçular” 2 dəfə (1999 və 2001) buna nail olublar. İndiki adlarını daşıyandan sonra isə “İnter” 1 (2006), “Bakı” 2 dəfə (2006, 2007) 1/2 finala çıxa bilməyib.
“İnter”lə “Xəzər Lənkəran” 2005-ci ildə yarımfinalda görüşüblər ki, onda “bankirlər” iki oyunun nəticəsinə görə (evdə 2:1, səfərdə 1:1) üstün olub. Cənublular bundan 2 il sonra elə bu mərhələdə əvəz çıxa bilib. Hər iki görüş 1:0 hesablı qələbə ilə nəticələnib. Yeri gəlmişkən, Lənkəran təmsilçisi ilk ölkə kubokunu məhz 2007-ci ildə qazanıb. “Xəzər Lənkəran” 2-ci kubokunu bundan 1 il sonra finalda elə “İnter”i yenməklə (2:0) əldə edib. İndi bu komandalar yenə finalda görüşə bilər. “Bankirlər” indiyə kimi 2 dəfə - 2005 və 2008-ci illərdə finala çıxsalar da, hər ikisində kuboku qazana bilməyiblər.
“İnter” finala gedən yolda növbəti rəqibi bu gün “Turan”la AZAL-ın Tovuzdakı cavab oyununda bilinəcək.
“Xəzər Lənkəran”ın yarımfinalda rəqibi olan “Bakı” da onun kimi 2 dəfə kuboku qazanıb. Bunlar debüt (2004/05) və son (2009/10) mövsümdə olub. Maraqlıdır ki, “Bakı” 2-ci kubokunu ötən ilin mayında məhz “Xəzər Lənkəran”ı yenərək qazanıb.
Digər maraqlı məqam ondadır ki, bakılılar hər iki halda – yəni 2005-ci ildə “İnter”ə də əlavə vaxtda 2:1 hesabı ilə qalib gələrək, istəyinə çatıb. “Bakı” ilə “Xəzər Lənkəran” kubokda 3-cü dəfə görüşəcəklər. İlk duel 2006/07 mövsümünün 1/4 finalında olub ki, onda səfərdə 2:0 hesabı ilə qalib gələn lənkəranlılar evdə uduzsalar (0:1) da, mərhələ adlayıblar.
Qeyd edək ki, yarımfinala ən çox çıxmaq uğrunda mütləq rekord “Neftçi”yə məxsusdur. “Ağ-qaralar” 19-cu dəfə keçirilən turnirin 10-da 1/2 finala çıxıb. Bu dəfə komanda kubokda ilk dəfə görüşdüyü prinsipial rəqibi “Xəəzr Lənkəran”a yenildi. Yarımfinala çıxmaqla bağlı 2-ci ən yaxşı göstərici “Qarabağ”a məxsusdur (9 dəfə) ki, bu komanda hələ 1/8 finalda “Turan”a evdə oyun sonrası penaltilər seriyası ilə yenildi.
Mehman SÜLEYMANOV

0
0