Azərbaycan futbolunda hələ belə şey olmamışdı
09.03.2011 - 12:32
Azərbaycan futbolunda hələ belə şey olmamışdı
Azərbaycan kubokunun cari mövsümü futbol tariximizə düşüb. Apasport.az saytının məlumatına görə, 1/4 final mərhələsinin başa çatan 3 duelindən sonra yeni rekord müəyyənləşib.

Belə ki, artıq yarımfinala vəsiqə qazanan hər 3 komandanı əcnəbi mütəxəssis çalışdırır. Azərbaycan kuboku tarixində isə heç vaxt 3 legioner mütəxəssis 1/2 finala çıxmayıb.

Düzdür, ardıcıl ikinci dəfə “İnter”lə bu mərhələyədək irəliləyən Kaxaber Sxadadze ilə kubokun debütantları Mirça Rednik (“Xəzər Lənkəran”) və Aleksandr Starkova (“Bakı”) daha 1 əcnəbi qoşula bilər. Lakin yarımfinala nəzəri şansları qalan Naci Şensoylu “Turan”ın AZAL səddini aşacağı inandırıcı deyil. Yarımfinala 4-cü gəlmə çalışdırıcı çıxmasa belə, artıq rekord müəyyənləşib.

Ümumilikdə, 14 dəfə yarımfinalda əcnəbi mütəxəssis adına rast gəlinib. “İnter”lilər Valentin Xodukin 3, onun xələfi Sxadadze isə 2 dəfə buna nail olub. Digər 9 mütəxəssis isə buna 1 dəfə imza atıb.

Qeyd edək ki, ötən mövsüm “Bakı”nı yarımfinala Bülən Korkmaz çıxarsa da, yarımfinal və finaldakı qələbələri onun həmyerlisi Cüneyt Biçər qazanıb.

2004/05 – 2
Anatoli Konkov (“İnter”)
Rasim Kara (“Xəzər Lənkəran”)

2005/06 – 1
Viktor Pasulko (“Xəzər Lənkəran”)

2006/07 – 2
İqor Nakoneçnı (“MKT-Araz”)
Valentin Xodukin (“İnter”)

2007/08 - 2
Valentin Xodukin (“İnter”)
Anatoli Demyanenko (“Neftçi”)

2008/09 - 2
Valentin Xodukin (“İnter”)
Qyoko Hacıyevski (“Bakı”)

2009/10 - 2
Kaxaber Sxadadze (“İnter”)
Cünüyt Biçər (“Bakı”)

2010/11 – 3
Kaxaber Sxadadze (“İnter”)
Aleksandr Starkov (“Bakı”)
Mirça Rednik (“Xəzər Lənkəran”)
0