Nasimovun ayaqları “tutulub”
09.03.2011 - 15:34
Nasimovun ayaqları “tutulub”
“Neftçi” klubunun futbolçusu Bahodir Nasimov “uğursuzluq zolağı”na düşüb. Apasport.az saytının məlumatına görə, özbəkistanlı hücumçu artıq 81 gündür qol həsrəti yaşayır.

Premyer Liqanın ən yaxşı bombardiri sonuncu dəfə ötən il dekabrın 18-də qol sevinci yaşayıb. Bundan sonra rəqib qapılarının yolunu “itirən” legioner XIX turu buraxıb.

Ardınca isə bu il baş tutan 3 çempionat və 2 kubok qarşılaşmasında qola həsrət qalıb. Nasimov bu 5 matçın hamısında 90 dəqiqə meydanda olub. Gəncədəki qarşılaşmanın sonlarında fərqlənən Bahodir artıq 450 dəqiqədir azarkeşlərini gözləyə-gözləyə qoyur.
0