Rail Məlikovun “Xəzər Lənkəran”a sualı
09.03.2011 - 16:38
“Oyunda baş verənləri hər kəs gördü. Futbol ictimaiyyəti bizim təkcə rəqiblə yox, həm də Vüsal Əliyevlə mübarizə apardığımızın şahidi oldu”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” klubunun futbolçusu Rail Məlikov deyib.
“Xəzər Lənkəran”la Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab matçında hakim ədalətsizliyi ilə üzləşdiklərini bildirən “ağ-qaralar”ın kapitanı Əliyevin idarəçiliyindən narazı qalıb: “Kubokun ilk oyununda “Xəzər Lənkəran” tərəfi Anar Salmanovun qərəzli idarəçiliyi ilə bağlı böyük səs-küy qaldırdı, etirazını bildirdi. Cavab matçında baş verənlərdən sonra onlar niyə susurlar? Demək ki, baş hakimin idarəçiliyi onları qane etdi. Bəyəm, Lənkəran şəhər stadionunun meydançasında hakimin verdiyi qərarlar “Neftçi” üçün qərəzli deyildi? Hər kəs oyunda diktə edən tərəfin kim olduğunu da gördü”.
Klubun rəsmi saytına açıqlama verən Məlikov bildirib ki, hakim haqsızlığından sonra komanda yoldaşlarını çətinliklə sakitləşdirib: “Oyundan sonra komandanın üzvlərini soyunub-geyinmə otağında güclə sakitləşdirdim. Onların hamısı hakimin “Neftçi”nin əleyhinə yönələn idarəçiliyindən çox əsəbi idilər, özlərinə yer tapa bilmirdilər. Belə olmaz axı, biz hamımız Azərbaycan futbolunun inkişafı üçün çalışırıq”.
Qeyd edək ki, ilk oyunda “Xəzər Lənkəran”a 3:4 hesabı ilə uduzan “Neftçi” cavab görüşündə meydandan sülhlə (1:1) ayrıldığından Azərbaycan kuboku ilə vaxtından əvvəl vidalaşıb.

0
0