Lazımsız Avropa rekordu
10.03.2011 - 11:16
“Milan” UEFA Çempionlar Liqasında (ÇL) yeni rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, bu rekord ən çox 0:0 hesablı bərabərliklərlə bağlıdır.
“Rassonyerlər” növbəti belə nəticəyə İngiltərənin “Tottenhem” klubu ilə ÇL-in 1/8 final mərhələsinin cavab oyununda imza atıb. Ancaq italyanlar evdə 0:1 hesabı ilə uduzduqlarından, Londondakı qolsuz heç-heçə onların işinə yaramayıb.
“Milan” 19-cu dəfə 0:0 etməklə, “Mançester Yuneyted”in rekordunu (18 dəfə) yeniləyib.
Madrid “Real”ından sonra ÇL-i ən çox qazanan (7 dəfə) “Milan” son 4 ildə yenə ingilis sindromu ilə üzləşir. Belə ki, milanlılar sonuncu dəfə turnirin qalibi olduğu 2007-ci ildən sonra pley-offda “Mançester Yunayted”, “Arsenal”, indi də “Tottenhem” səddini keçə bilmədi. “Tottenhem” isə ilk dəfə ÇL-in 1/4 finalına çıxmaqla, tarixinin ən yaxşı göstəricilərindən birinə imza atdı.

0
0