Saşa Yunisoğlu: Əvvəl qol buraxmırdıq, indi isə vura bilmirik
10.03.2011 - 12:25
“Əvvəllər qol buraxmamaq üzrə rekord vururduq. İndi isə vəziyyət dəyişib”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qəbələ” klubunun müdafiəçisi Saşa Yunisoğlu deyib.
Cari mövsümün qış fasiləsinədək nümayiş etdirdiyi oyunla əksər mütəxəssislərin diqqətini cəlb edən “Qəbələ” son vaxtlar qələbə qazanmaqda xeyli çətinlik çəkir. Toni Adamsın yetirmələri artıq ilk “altılıq”la vidalaşmaqla yanaşı, kubokda da mübarizəni dayandırıb. Hadisələrin gedişi barədə danışan müdafiəçi qol vurmaqda çətinlik çəkdiklərini deyib: “İndi qol vurmaqda çətinlik çəkirik. Şanslarımız olur, amma “çərçivə”yə düşə bilmirik. Deyim ki, hücumçularımız formada deyil, yanlış olar. Amma səbəbini izah edə bilmirəm”.
Təbii ki, son oyunlardakı uğursuz çıxış futbolçularda ruh düşkünlüyü yaratmaya bilməz. Bununla razılaşan Yunisoğlu məşqçilər korpusunun işinin çətin olacağını düşünür: “Uşaqlarda ruh düşkünlüyü var. Hər şey öz əlimizdəykən, istifadə edə bilmədik. Kubokdakı məğlubiyyətdən sonra bir qədər ruh düşkünlüyü yaranıb. Buna görə də məşqçilər qarşıdakı oyunlara uşaqları psixoloji cəhətdən daha yaxşı kökləməlidirlər”.

0
0