Aleksandr Starkov “Qarabağ”, “İnter” və AZAL-in üzvlərini yanına aparır
11.03.2011 - 09:56
Aleksandr Starkov “Qarabağ”, “İnter” və AZAL-in üzvlərini yanına aparır
Latviya milli komandasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Bakı” klubu ilə yanaşı öz ölkəsinin yığmasında çalışan Aleksandr Starkov Azərbaycan Premyer Liqasında çıxış edən 3 futbolçuya da dəvət göndərib. Bunlar Ritus Kryauklis (AZAL), Andrey Rubin (“Qarabağ”) və Girts Karlsondur (“İnter”). Bu futbolçular martın 26-da İsraillə səfərdə keçiriləcək matçda iştirak edə biləcək. Abro-2012-nin seçmə mərhələsi çərçivəsində baş tutacaq bu oyun ərəfəsində həm Starkovun yetirmələri, həm də israillilər 4 qarşılaşmada 4 xal toplayıblar.
0