Mahir Şükürovun alacağı mükafatın məbləği təsdiqlənib
11.03.2011 - 11:37
Millimizin futbolçusu Mahir Şükürovun şərəfini qoruduğu Rusiyanın “Anji” klubu yeni mövsümün startı ərəfəsində hər matç üçün veriləcək mükafatların məbləğini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bu məbləğlər açıqlanmasa da, evdəki qələbələrin səfərdə əldə edilən uğurdan yüksək qiymətləndirildiyi məlum olub.
Adətən rəqib meydanındakı qələbələr daha qiymətli olsa da, Mahaçqala təmsilçisi əks variantı seçib. Bu addım onunla izah olunub ki, “Anji”nin futbolçuları ev oyunlarına daha çox motivasiya olunsunlar. Bunun nəticəsində əldə olunacaq qələbələr isə Dağıstanda komandaya sevgini artıra bilər.
Qeyd edək ki, futbolçularla yanaşı, məşqçi, tibbi və texniki heyət də hər oyun mükafat qazanmaq imkanına malik olacaq.

0
0