“Tək “Qarabağ”ı yox, bütün rəqibləri udmaq lazımdır”
11.03.2011 - 13:07
“Altılıq” çempionatın həlledici mərhələsidir. Burada hər oyuna yalnız qələbə üçün çıxmalıyıq”. Bu fikirləri apasport.az saytına açıqlamasında Bakının “İnter” klubunun futbolçusu Aleksandr Çertoqanov deyib.
Azərbaycan yığmasının da üzvü olan təcrübəli yarımmüdafiəçi komandasının “altılığ”ın ilk turunda qəbul edəcəyi “Qarabağ” üzərində son qələbəsinin memarıdır. Belə ki, “bankirlər” ilk dövrədə məhz Çertoqanovun vurduğu qolla qalib gəlmişdi – 1:0.
“Qarabağ”da bir sıra futbolçular Aleksandrla “Neftçi”də birgə oynayıb ki, rəqibin çalışdırıcısı Qurban Qurbanov həmin komandada onun baş məşqçisi olub. Bu mənada milliləşən legioner sabah tanış rəqiblə görüşəcək: “Deməzdim ki, “Qarabağ”la bütün oyunlarımız uğurlu alınıb. Cari mövsümün ilk oyununda 1:0 hesabı ilə qalib gəlsək də, ikinci dövrədə eyni hesabla uduzduq. “Qarabağ” hazırda yaxşı formadadır, son vaxtlar qələbələrini sıralayır. Komandanın sabit heyəti olduğundan, futbolçular arasında yaxşı anlaşma var. Bu mənada bizi çətin sınaq gözləyir”.
İlə uğurla başlayan “İnter” yanvarda Rusiyanın Sankt-Peterburq şəhərində “Birlik kuboku”nun qalibi oldu. Ancaq son vaxtlar elə də uğurlu oynamayan “bankirlər” evdə “Xəzər Lənkəran”a 1:3 hesabı ilə uduzdu, I divizion təmsilçisi “Abşeron”u isə ölkə kubokunda çətinliklə keçdi (səfərdə 1:0, evdə 0:0). Adətən “Birlik kuboku”ndan gələn komandalar sonradan “uğursuzluq zolağı”na düşərək, əsasən fiziki hazırlıqda problemlə üzləşirlər. Ancaq Çertoqanov bu planda ciddi narahatçılığa əsas görmür: “Ola bilər ki, yorğunluq olsun. Ancaq bunlar öz təsirini göstərməməlidir. Çünki futbolçularımızın fiziki hazırlığı qaydasında olmalıdır. İndi xal fərqini nəzərə almalıyıq. Təkcə “Qarabağ”ı yox, bütün rəqibləri udmaq lazımdır. Elə olur ki, bəxt səndən üz çevirir. Bütün bunların necə olacağını “altılıq” oyunları göstərəcək”.
Mehman SÜLEYMANOV

0
0