“Anji”də növbəti ulduz
11.03.2011 - 13:44
Rusiyanın “Anji” klubu daha bir transferin rəsmiləşdiyini təsdiqləyib. Apasport.az saytının məlumatına görə, bunadək Belçika “Anderlext”ində oynamış Mbark Bussufa artıq həmyerlimiz Mahir Şükürovun yeni komanda yoldaşıdır.
Mahaçqala təmsilçisi ilə 3,5 illik müqavilə imzalayan Mərakeş yığmasının yarımmüdafiəçisi “Terek”ə keçməli idi. Son anda onu ələ keçirən dağıstanlılar bununla da heyətindəki ulduzların sayını artırmağa nail olublar. “Ayaks” və “Çelsi” kimi klubların yeniyetmə komandalarında oynamış Bussufa son 4 ildə formasını geyindiyi “Anderlext”də 147 görüşdə 48 qol vurub.
Qeyd edək ki, hücumameylli yarımmüdafiəçi 2010-cu ildə Belçikanın ən yaxşı futbolçusu seçilib.

0
0