Mahir Şükürovun komandası yenə çempionata xal itkisi ilə başladı
12.03.2011 - 17:14
Bu gün Rusiya Premyer Liqasında yeni mövsümün startı verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun formasını geydiyi Mahaçqalanın “Anji” klubu çempionatın açılış oyununda evdə 2 xal itirib. Hacı Hacıyevin çalışdırdığı komanda debütant “Krasnodar”ın müqavimətini qıra bilməyib – 0:0. Zədəli Mahirin adı oyunun protokoluna daxil edilməyib.
Qeyd edək ki, Şükürovun komandası ardıcıl 2-ci mövsümdür eyni ssenari ilə başlayır. “Anji” ötən çempionatın ilk turunda evdə Nalçik “Spartak”ı ilə qolsuz bərabərliklə başlamışdı.
Qeyd edək ki, Şükürovun komandası ardıcıl 2-ci mövsümdür eyni ssenari ilə başlayır. “Anji” ötən çempionatın ilk turunda evdə Nalçik “Spartak”ı ilə qolsuz bərabərliklə başlamışdı.
0
0