Altıntop komanda yoldaşından yumruq “yedi”
12.03.2011 - 13:09
Almaniyanın “Ayntraxt” klubunun türkiyəli futbolçusu Xəlil Altıntop qalmaqal yaradıb. Apasport.az saytının məlumatına görə, yığmanın hücumçusu komanda yoldaşı Patrik Oşdan yumruq “yeyib”. Xəlilin məşqin son dəqiqəsində ikili mübarizədə topu almaq istəyərkən rəqibinə sərt girməsi iki futbolçu arasında dartışma yaradıb. Oşun Altıntopa yumruq atması ilə böyüyən olay futbolçuların bir-birilərini itələməsi və “söz atışı” ilə nəticələnib. Araya birən komanda yoldaşı Aleks Mayeri tərəfləri sakitləşdirib.
Baş verənləri köməkçiləri ilə birgə uzaqdan izləyən baş məşqçi Mihael Skibbe olaya qarışmayıb. Qısa müddət müalicə alan Oş məşqi tərk edərək, paltardəyişmə otağına yollanıb. Xəlilin çox hirsli olması olayı ön plana çıxarıb. Məşqi izləyənlər türkiyəli futbolçunun belə sərt oynayarsa, “Ayntraxt”ın qol probleminin həll olunacağını düşünürlər.

0
0