“Qalatasaray”ın futbolçusu komik təklif aldı
12.03.2011 - 14:08
“Qalatasaray”ın futbolçusu komik təklif aldı
“Qalatasaray” klubunun legioneri Harri Kyuell rəhbərlikdən komik təklif alıb. Apasport.az saytının məlumatına görə, klub rəhbərliyi erkən anlaşmaq istədiyi Avstraliya yığmasının futbolçusuna müqaviləyə görə həvəsləndirmə təklifi etməyib.

Kyuellə bildirilib ki, yeni anlaşma imza atsa, yalnız oyun sayına görə pul alacaq. Bu isə bir oyuna görə sadəcə, 20 min avrodur. Rəhbərlik son vaxtlar zədə səbəbindən lazımı səviyyədə oynamayan legionerə görə çox xərcə düşmək istəmir. Sol cinahda çıxış edən ulduz futbolçusu bu təklifi qəbul etməmək fikrindədir.

Rəhbərlik Avstraliya yığmasının digər futbolçusu – cari mövsümün sonunda müqaviləsi bitəcək təcrübəli müdafiəçi Lukas Nilə isə 1 illik yeni anlaşma üçün 1,5 milyon avro təklif edəcək.