“Bakı”nın tarixi qələbəsindən ev sindromunadək
12.03.2011 - 14:43
Sabah “Bakı” və “Neftçi” klubları tarixlərində 17-ci dəfə görüşəcəklər. Apasport.az saytının məlumatına görə, Bakı derbisinin iştirakçıları indiyədək yalnız milli çempionatımızda üzləşiblər. Komandalar ev oyunlarını eyni arenada – Tofiq Bəhramov adına Respublika stadionunda keçirdiklərindən, səfər görüşlərində tanış məkanda qonaq olurlar.
“Altılıq”da ilk meydan sahibi olan “Bakı” arxada qalan 16 oyunda həm tarixi qələbə, həm ev sindromu ilə diqqət çəkib. Məsələ ondadır ki, “zolaqlılar”ın mükafatlardan kənarda qaldığı yeganə mövsümdə (2007/08) “Neftçi” ilə ev oyununda milli çempionatımızın tarixinə düşən nəticə qeydə alındı. Bu, çempionatı 8-ci yerdə bitirən “Bakı”nın 5:1 hesablı ilə qalib gəlməsidir. Bu, “Neftçi”nin 19 illik milli çempionatımız tarixində ən böyük hesablı məğlubiyyətidir. Ancaq ümumi qələbə sayında bərabərlik hökm sürür. Belə ki, 16 oyundan 6-sı “Neftçi”nin, 6-sı “Bakı”nın qələbəsi, 4 görüş isə bərabərliklə nəticələnib. Özü də maraqlıdır ki, bu heç-heçələrdən 3-ü eyni hesabla (1:1) bitib. İlk bərabərliyin isə 2:2 olduğunu nəzərə alsaq, heç-heçələrin qollu olduğunu görmək olar. “Neftçi” ötən mövsüm “altılıq”da “Bakı”ya uduzmadı.
Uzun müddətdir “Neftçi”yə qalib gələ bilməyən “Bakı” axırıncı oyunda buna son qoydu. Ancaq bu səfər görüşündə qazanıldı. Yəni “Bakı” “Neftçi” ilə indiyə kimi keçirdiyin 8 ev oyunundan yalnız 3-də meydanı qalib tərk edib. Qalan 5 matçın 3-də uduzan “zolaqlılar” 2-də heç-heçə edib. “Bakı” sonuncu dəfə öz meydanında “Neftçi”yə 2 il öncə qalib gəlib.
Qeyd edək ki, “Bakı”nın latviyalı yeni baş məşqçisi Aleksandr Starkov ilk dəfə derbinin iştirakçısı olacaq. Təcrübəli mütəxəssis ölkə kubokunu da nəzərə alsaq, 5 oyunun heç birində uduzmayıb. Bunlardan 2-ci qələbə, 3-ü bərabərliklə nəticələnib. Hər iki qalibiyyət eyni hesabla – 1:0-la əldə edilib. Maraqlıdır ki, həmin görüşlərdə qələbə topunun müəllifi Starkovun qış fasiləsində hazırlığa gec gəldiyi üçün cəzalandıraraq əvəzedici komandaya göndərdiyi, sonradan bağışladığı braziliyalı hücumçu Jaba olub. “Bakı”nın bombardiri həlledici qollara imza atmaqla, etimadı qazanır.
“Bakı” və “Neftçi” klubları arasındakı oyunlar
2004/05 mövsümü
“Bakı” – “Neftçi” – 2:0
“Neftçi” – “Bakı” – 1:1
2005/06 mövsümü
“Bakı” – “Neftçi” – 2:2
“Neftçi” – “Bakı” – 0:1
2006/07 mövsümü
“Bakı” – “Neftçi” – 0:1
“Neftçi” – “Bakı” – 1:0
2007/08 mövsümü
“Bakı” – “Neftçi” – 5:1
“Neftçi” – “Bakı” – 3:2
2008/09 mövsümü
“Neftçi” – “Bakı” – 0:1
“Bakı” – “Neftçi” – 2:0
2009/10 mövsümü
Təsnifat mərhələsi
“Bakı” – “Neftçi” – 0:2
“Neftçi” – “Bakı” – 1:1
Final mərhələsi
“Neftçi” – “Bakı” – 1:0
“Bakı” – “Neftçi” – 1:1
2010/11 mövsümü
Təsnifat mərhələsi
“Bakı” – “Neftçi” – 0:2
“Neftçi” – “Bakı” – 0:2
Mehman SÜLEYMANOV

0
0