Arsen Venger 42 yaşlı qapıçıdan kömək istəyir
12.03.2011 - 15:47
İngiltərənin “Arsenal” klubunun baş məşqçisi Arsen Venger 42 yaşlı qapıçıdan kömək istəyir. Apasport.az saytının məlumatına görə, zədə problemi ilə əlaqədar təcili yeni qapıçı axtarmalı olan fransalı mütəxəssis uzun illər komandasının “1 nömrə”si olan almaniyalı Yens Lemanna müraciət edib.
Lemann “Arsenal”da çıxışını 3 il öncə bitirib. Bundan sonra vətənə dönən almaniyalı qapıçı karyerasını ötən mövsüm “Ştutqart”da bitirib. Almaniya yığmasında da oynamış Lemannın çətin vəziyyətdə qalan keçmiş çalışdırıcısına imtina etməyəcəyi, tərəflərin ümumi razılığa gələcəyi gözlənilir.
Qeyd edək ki, “Arsenal”ın “Barselona” ilə Çempionlar Liqasının cavab oyununda barmağından xəsarət alan polşalı qapıçısı Voytsex Şesnı 6 həftəliyə sıradan çıxıb. Komandanın digər polşalı qapıçısı Lukaş Fabianski isə çiyin zədəsinə görə mövsümün sonuna qədər oynamayacaq. İndi “Arsenal”ın yeganə qapıçısı ispaniyalı Manuel Alimuniyadır.

0
0