Con Terriyə qadın qalmaqalını bağışladılar
12.03.2011 - 17:48
Con Terri “Çelsi” klubunda olduğu kimi, İngiltərə yığmasında da yenidən kapitan olacaq. Apasport.az saytının məlumatına görə, milli komandanın italiyalı baş məşqçisi Fabio Kpello kapitanlıq sarğısını xarizmatik liderə qaytarmağı qərara alıb. Bu da əsas kapitan Rio Ferdinandla (“Mançester Yunayted”) vitse-kapitan Stiven Cerrardın (“Liverpul”) zədəli olması ilə bağlıdır.
Kapello ötən ilin fevralında kapitanlığı Terrinin əlindən alaraq, Ferdinanda verdi. Bu da Conun İngiltərə mətbuatında qalmaqalı ilə bağlı. İngilis həmkarlarımız onun “Çelsi”də komanda yoldaşı Ueyn Bricin keçmiş sevgilisi ilə münasibətlərini öyrənərək, bunu geniş işıqlandırdılar. Bric məhz bu qalmaqal üzündən yığmada oynamaqdan imtina etdi.
Qeyd edək ki, 2003-cü ildən millidə oynayan Terri 65 görüşdə 5 qol vurub.

0
0