“Xəzər Lənkəran” uduzdu, “Neftçi” fərqi artırdı
13.03.2011 - 17:53
“Xəzər Lənkəran” uduzdu, “Neftçi” fərqi artırdı
Bu gün Azərbaycan Premyer Liqasında final mərhələsinin ilk turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, hər “altılığ”da 2 matç baş tutub. Futbol ictimaiyyətinin əsas diqqəti ilk “altılıq” oyunlarına yönəldiyindən “Turan” – “Gəncə” və MOİK – “Qəbələ” qarşılaşmaları o qədər də böyük maraq kəsb etmirdi. Qərb derbisində meydan sahibləri qələbə qazanıbsa, “Bakı”nın bazasına sığınan “hərbçilər” təqibindən 1 xal almağı bacarıblar.

Çempionluğa ən real namizədlər “Neftçi” ilə “Xəzər Lənkəran” isə fərqli nəticələrə imza atıblar. Hər 2 matçda 1 qol vurulsa da əvvəl meydan sahibləri, sonra qonaqlar qalib gəliblər. Bakılılar paytaxt derbisində gözlənildiyi kimi “Bakı”nı məğlub ediblər. “Ağ-qaralar” yenə Flavinyonun qolu ilə seviniblər.

Lənkəran təmsilçisi isə gözlənilmədən AZAL-a məğlub olub. Bununla da liderlə izləyicisi arasında xal fərqi 4-ə çatıb. “Xəzər Lənkəran”ın büdrəməsi “Neftçi” il yanaşı “Qarabağ”ı da sevindirib. Bel ki, onların 2-ci yerlə xal fərqi 2-yə çatıb. Liderlərin növbəti tur üz-üzə gəlməsi isə ağdamlıların mövqeyini daha da yaxşılaşdıra bilməsindən xəbər verir.

12 mart

"Simurq" - "Muğan" - 1:3
QOLLAR: Mario Souza, 57 (p.) - Cavad Mirzəyev, 44; Hüseyn Axundov, 55; Georgi Qulordava, 90+2
Hakimlər: Ceyhun Haşımov, Rahil Ramazanov, Samir Hacıyev, Rasim Məmmədov
Zaqatala. Olimpiya İdman Kompleksinin stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 0:1

"İnter" - "Qarabağ" - 0:2
QOLLAR: Rauf Əliyev, 55; Georgi Adamiya, 72
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Azər Əsgərov, Elnur Muradov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar - 1:0, 0:1

13 mart

"Turan" - "Gəncə" - 1:0
QOL: Yasin Abbasov, 27
QIRMIZI VƏRƏQƏ: Patris Nuleu, 39
Hakimlər: Anar Salmanov, Aydın Ələkbərov, Zeynal Zeynalov, Hacıəli Ağayev
Tovuz. Şəhər stadionu
İlk mərhələdəki oyunlar – 1:1, 2:1

MOİK - "Qəbələ" - 1:1
QOLLAR: Emin Cəfərquliyev, 55 - Deon Barton, 50
QIRMIZI VƏRƏQƏ: Ramin Tanrıverdiyev, 61
Hakimlər: Əliyar Ağayev, Ramiz Əsədov, Coşqun Həsənov, Feyzulla Feyzullayev
Bakı. “Bakı” klubunun təlim-məşq bazasının stadionu
İlk mərhələdəki oyunlar – 0:0, 0:3

AZAL - "Xəzər Lənkəran" - 1:0
QOL: Enyo Krastovçev, 76
Hakimlər: Rövşən Əhmədov, Habil Əliyev, Yaşar Abbasov, Elvin Əsgərov
Bakı. "Şəfa" stadionu
İlk mərhələdəki oyunlar – 0:1, 1:2

"Bakı" - "Neftçi" - 0:1
QOL: Flavio Aleks Valensio, 8
Hakimlər: Əfqan Həmzəyev, Roman Vasilyev, Eldar Nağıbəyov, Rəhim Həsənov
Tofiq Bəhramov adına Respublika stadionu
İlk dövrədəki oyunlar – 0:2, 2:0

Turnir cədvəli

1

Neftçi

23

15

6

2

41-9

51

2

Xəzər L

23

14

5

4

28-13

47

3

Qarabağ

23

14

3

6

32-14

45

4

İnter

23

12

4

7

24-18

40

5

AZAL

23

10

9

4

28-16

39

6

Bakı

23

9

6

8

28-22

33

7

Qəbələ

23

8

8

7

20-15

32

8

Muğan

23

8

6

9

17-24

30

9

Gəncə

23

5

9

9

23-28

24

10

Turan

23

4

6

13

18-35

18

11

Simurq

23

2

6

15

13-37

12

12

MOİK

23

1

4

18

7-48

7


Bombardir: Bahodir Nasimov ( Neftçi ) – 15