12 həftəlik həsrət bitdi
13.03.2011 - 15:38
12 həftəlik həsrət bitdi
“Qəbələ” klubu qol həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, Toni Adamsın yetirmələri Azərbaycan Premyer Liqasının XXIII turunun MOİK-lə oyununda rəqib qapısına yol tapmaqla uğursuzluq seriyasına son qoyublar. Son 4 matçda qola həsrət qalan qəbələlilər sonuncu dəfə XVIII turun AZAL-la görüşündə fərqlənmişdi. Ötən il dekabrın 19-a baş tutan qarşılaşmanın (2:2) 19-cu dəqiqəsində Milan Antiçin vurduğu top “Qəbələ” üçün sonuncu idi. MOİK-lə görüşün 50-ci dəqiqəsində gərqlənən Deon Barton 84 günlük, yəni 12 həftəlik həsrətə son qoyub.
0