“Uşaq səhvi buraxdıq”
13.03.2011 - 18:42
“Uşaq səhvi buraxdıq”
"İkinci altılıq"da lider olan "Qəbələ" ilə qarşılaşırdıq. Fikrimcə, layiq olduğumuz 1 xalı qazandıq”. Apasport.az saytının məlumatına görə, bu sözləri MOİK klubunun baş məşqçisi Ramil Əliyev deyib.

O, Azərbaycan Premyer Liqasının XXIII turunun “Qəbələ” ilə oyunu haqda fikirlərini açıqlayıb: “Qapımıza vurulan qolda uşaq səhvi buraxdıq. Azlıqda qalanda da fərqlənə bilərdik. Sonadək Premyer Liqada qalmaq uğrunda mübarizə aparacağıq. Artıq bu oyunu unudub, "Turan"la oyuna hazırlaşacağıq"

Mənbə: pfl.az