Aleksandr Starkov çempionluqdan danışdı
13.03.2011 - 19:03
"Məğlub olduq, lakin komandamın oyunundan razı qaldım”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Aleksandr Starkov deyib.
Latviyalı mütəxəssis Azərbaycan Premyer Liqasının XXIII turunun “Neftçi” ilə oyunundakı 0:1 hesablı məğlubiyyətdən sonra çempionluq şanslarından danışıb: “Çempionluq üçün şanslarımız qalır, sonadək mübarizə aparacağıq. Oyunun ikinci hissəsində üstün oynadıq, təəssüf ki, qol vura bilmədik. Bu cür oyunlarda qol vurmaq lazımdır".
Qeyd edək ki, çempionatın sonuna 9 tur qalmış “Bakı” liderdən 18 xal geri qalır.
Mənbə: pfl.az

0
0