“Bu qələbəni İqor Mitreskiyə həsr edirik”
13.03.2011 - 19:07
“Bu qələbəni İqor Mitreskiyə həsr edirik”
"Hesab edirəm ki, çətin oyun oldu. Düzdür, baxımlı oyun alınmadı”. Apasport.az saytının məlumatına görə, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov deyib.

O, Azərbaycan Premyer Liqasının XXIII turunun “Bakı” ilə oyunundakı 1:0 hesablı qələbə haqda fikirlərini açıqlayıb: “Lakin əsas olan nəticə qazanmaq idi ki, bunun da öhdəsindən gəldik. Bu qələbəni oyundan əvvəl oğlu dünyaya gələn futbolçumuz İqor Mitreskiyə həsr edirik".

Mənbə: pfl.az