Millinin sabiq baş məşqçisi reanimasiyalıq oldu
13.03.2011 - 22:16
Argentina milli komandasının sabiq baş məşqçisi Luis Sezar Menotti xəstəxanaya çatdırılıb. Apasport.az saytının məlumatına görə, 1978-ci ildə cənubi amerikalılara ilk dünya çempionluğunu qazandıran mütəxəssis ağciyər infeksiyası ilə reanimasiyaya yerləşdirilib. Menotti ölkə paytaxtı Buenos-Ayres xəstəxanalarından birincə müalicə olunacaq. Mütəxəssisin son iş yeri vətənində “İndependente” klubu olub. 72 yaşlı Menotti orada idman direktoru vəzifəsində çalışırdı.
Qeyd edək ki, Menotti vaxtilə bir çox komandalara rəhbərlik edib. Onların arasında “Barselona”, “Atletiko” (hər ikisi İspaniya), “Sampdoriya” (İtaliya), “Boka Xuniors”, “River Pleyt” (hər ikisi Argentina) və Meksika yığması da var.

0
0