İqor Mitreski: Jabaya sarı vərəqə verilməli idi
14.03.2011 - 12:21
İqor Mitreski: Jabaya sarı vərəqə verilməli idi
“Bizim üçün vacib qələbə idi. “Bakı” ciddi rəqibdir. Heyətində yaxşı futbolçular yer alır”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “Neftçi” komandasının futbolçusu İqor Mitreski deyib.

Makedoniyalı müdafiəçi klubun rəsmi saytına verdiyi açıqlamada Azərbaycan Premyer Liqasının XXIII turunun “Bakı” ilə oyunu haqda fikirlərini bildirib: “Düşünürəm ki, görüş baxımlı alınmasa da, meydanda gərgin mübarizə getdi. Biz əldə etdiyimiz imkanı əldən vermədik və 3 xal qazandıq. Çox sevinirəm ki, komanda yoldaşlarım bu qələbəni mənim yeni dünyaya gələn övladıma həsr etdilər, belə olduqda qələbə mənim üçün ikiqat əzizdir. Hər kəsə təşəkkür edirəm. Bizim yeganə məqsədimiz çempion olaraq, Azərbaycanı Çempionlar Liqasında layiqincə təmsil etməkdir”.

İqor “Neftçi”nin qapısına təyin edilməli olan penalti epizodu ilə bağlı da fikir bildirib. Makedoniyalı hakim səhvindən gileylənsə də, onun əks tərəfə yanlışlığa yol verdiyini düşünür: "Bakı" ilə matçda Jabanın epizoduna gəlincə, mən həmin vəziyyətdə ona sarı vərəqə verilməli olduğunu düşünürəm. Çünki videotəkrar zamanı açıq-aşkar görünür ki, Rauf Mehdiyev braziliyalı futbolçuya toxunmayıb”.
0