Debütdəki uğursuzluq və ya “Xəzər Lənkəran”ı xalsız qoyan qapıçıları
14.03.2011 - 12:40
Cari mövsümdə “Xəzər Lənkəran” klubunun əcnəbi qapıçılarla bağlı bəxti gətirmir. Apasport.az saytının məlumatına görə, cənub təmsilçisi yenə legioner qolkiperinin səhvinin əziyyətini çəkir.
Hər halda, “ağ-yaşıllar”ın Premyer Liqanın son turunda AZAL-a “Şəfa” stadionundakı məğlubiyyəti (0:1) ukraynalı Yevgeni Kopilin ayağına yazılmalıdır. Məhz onun 76-cı dəqiqədə kobud səhvi nəticəyə təsir göstərdi. Topu tutduqdan sonra əlindən buraxan Kopil rəqibin boş qapını dəqiq nişan almasına səbəbkar oldu.
“Xəzər Lənkəran” ilk belə uğursuzluğu hələ I dövrədə yaşadı. Onda Latviya yığmasının üzvü olan Denis Romanov məğlubiyyətin əsas günahkarlarından olmuşdu. Söhbət “Gəncə”yə səfərdə 1:4 hesablı məğlubiyyətdən gedir. Cənub təmsilçisi onda da Kamran Ağayev oynada bilmədiyindən, məcburiyyətdən “çərçivə”yə ehtiyat qapıçını qoymuşdu.
Belə ki, Ağayev cəzalı olduğu üçün meydana çıxa bilməzdi və Romanov özünü göstərmək üçün şans qazandı. Ancaq Yevgeni kimi, Denis də debütdə işləri korladı. Onun səhvi “Xəzər Lənkəran”ın cari mövsümdə, rumıniyalı baş məşqçisi Mirça Rednikin ölkəmizdə ilk məğlubiyyəti ilə nəticələndi. Halbuki, lənkəranlılar buna qədər uduzmayan yeganə komanda idi.
Romanovun “Xəzər Lənkəran”a yaramayacağı şübhə doğurmurdu və komanda hələ qış fasiləsi başlamamış onu transferə çıxardı. Bundan sonra uzun müddət qapıçı axtaran, Türkiyədəki təlim-məşq toplanışında bir neçə legioneri sınayan cənub təmsilçisi “transfer pəncərəsi”nin bağlanmasına az qalmış seçimini etdi.
Bu, Kiyev “Dinamo”sunun yetirməsi olan, son vaxtlar Polşada oynayan Kopil idi. O, hələ “Neftçi” ilə ölkə kubokunun 1/4 final mərhələsinin cavab oyununda debüt etməyə yaxın idi. Hər halda, Kamran başına dəyən zərbədən sonra huşunu itirdiyi zamanı Yevgeni onu əvəzləməyə hazır idi. Ancaq həkimlərin köməyindən sonra 2-ci cəhddən ayağı qalxan Ağayev oyunu davam etdirəsi oldu.
Kamranın beyni silkələndiyindən, ona istirahət lazım idi və bu, “altılığ”ın ilk turunda onun oynamayacağı demək idi. Bu zaman qapıda yerini tutan ukraynalının səhvi yeni komandasına sonda çempionluq bahasına başa gəlir. Çünki “Xəzər Lənkəran” bu məğlubiyyətdən sonra lider “Neftçi”dən artıq 4 xal geri qalır.
Kopilin çıxışı bir məqama da diqqət yetirməyə sövq edir. Məsələ ondadır ki, milli komandamızın da əsas qapıçısı olan Kamranın mövsüm bitəndən sonra legioner həyatı yaşayacağı gözlənilir. “Xəzər Lənkəran”a Ağayevi layiqincə əvəzləyə biləcək qapıçı olduğundan, indidən bu məsələnin üstünə düşərək, əcnəbi qapıçı aldı. Ancaq Yevgeni oyunu ilə ona güvənilməyin çətin olduğu göstərdi.
Bu isə gözdən düşən Yevgeni ilə mövsüm bitəndən sonra yolların ayrılacağını deməyə əsas verir. Düzdür, bir oyuna görə futbolçunun üstündən xətt çəkmək düzgün olmasa da, ehtiyatda qalaraq, oyun praktikası sarıdan korluq çəkməsinin qapıçı üçün ən böyük zərbə olduğunu göstərir. Buna görə də düşünməyə dəyər...
Mehman SÜLEYMANOV

0
0