“Anji”nin daha bir futbolçusu Azərbaycan yığmasında
14.03.2011 - 13:02
“Anji”nin daha bir futbolçusu Azərbaycan yığmasında
Martın 22-dən 30-dək İspaniyanın Marbelya şəhərində təlim-məşq toplanışı keçirəcək 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, Bernard Lippertin siyahısında 21 futbolçu yer alıb.

U-21-də təmsilçiliyinə əsasən aşağı dəstə təmsilçisi “Abşeron” liderdir. I divizion komandası milliyə 7 futbolçu verəcək. Premyer Liqanın turnir cədvəlinin əks qütblərində qərarlaşan “Neftçi” və MOİK hərəyə 4 oyunçu ilə İspaniya toplanışında təmsil olunacaq. Ölkə xaricində çıxış edən 3 futbolçuya da dəvət göndərilib ki, bunlar arasında Rusiya Premyer Liqasında mübarizə aparan “Anji”nin üzvü də var.

Əsas yığmanın üzvü olan Mahir Şükürovun komanda yoldaşı Mixail Zaytsev əvvəllər Berrti Foqts tərəfindən millimizə çağırılıb: Səlahət Ağayev, Emin Mustafayev, Tural İsgəndərov, Emin Cəfərquliyev (hamısı MOİK), Osman Umarov, Fərrux Rəhimov, Kamil Nurəhmədov, Eşqin Quliyev, Orxan Həsənov, Emin Mehtiyev, Zahid Quliyev (hamısı “Abşeron”), Mixail Zaytsev (“Anji”, Rusiya), Qara Qarayev (“Qarabağ”), Novruz Məmmədov (“Muğan”), Tərlan Quliyev, Cavid İmamverdiyev, Mirhüseyn Seyidov, Ruslan Qurbanov (hamısı “Neftçi”), Rüstəm Abbasov (“Akademiya”, Tolyatti, Rusiya), Şəhriyar Xəlilov (“Xəzər Lənkaran”), Eldar Məmmədov (“Krasnodar”, Rusiya).

Mənbə: affa.az