Berti Foqts Belçikaya qarşı 21 futbolçu ilə çıxır
14.03.2011 - 13:05
Berti Foqts Belçikaya qarşı 21 futbolçu ilə çıxır
Azərbaycan millisinin Avro-2012-nin seçmə mərhələsi çərçivəsində Belçika ilə rəsmi oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, yığmamızın martın 29-da Brüsseldə keçiriləcək görüşünə 21 futbolçu çağırıb.

Baş məşqçi Berti Foqts müəyyən fasilədən sonra Fərhad Vəliyev, Cəmşid Məhərrəmov, Araz Abdullayevi komandaya qaytarıb. Rəşad Sadıqovun vətənə dönüşündən sonra yeganə legionerimiz olan Mahir Şükürov siyahıya daxil edilsə də, zədəsini sağaldacağı halda milliyə gələcək.

Qeyd edək ki, yığmamız martın 19-dan 26-a qədər Almaniyanın Veqberq şəhərində, 26-dan 29-a qədər isə Belçikanın paytaxtı Brüsseldə təlim-məşq toplanışı keçəcək.

Qapıçılar - Kamran Ağayev (“Xəzər Lənkəran”), Fərhad Vəliyev (“Qarabağ”), Andrey Popoviç (“Abşeron”)

Müdafiəçilər - Rəşad Sadıqov (“Qarabağ”), Saşa Yunisoğlu (“Qəbələ”), Vladimir Levin (“İnter”), Ruslan Abışov, Rail Məlikov (hər ikisi “Neftçi”), Vurğun Hüseynov (“Turan”), Elnur Allahverdiyev (“Xəzər Lənkəran”), Cəmşid Məhərrəmov (“Bakı”)

Yarımmüdafiəçilər - Rahid Əmirquliyev (“Xəzər Lənkəran”), Aleksandr Çertoqanov (“İnter”), Elvin Məmmədov, Samir Abasov, (hər ikisi “Qarabağ”), Mahir Şükürov (“Anji”, Rusiya), Araz Abdullayev, Cavid Hüseynov (hər ikisi “Neftçi”)

Hücumçular - Vüqar Nadirov, Rauf Əliyev (hər ikisi “Qarabağ”), Vaqif Cavadov (“Bakı”)