Elvin Əliyev: Bir komandaya uzaqbaşı iki dəfə uduzmaq olar
14.03.2011 - 13:33
“Güclü komandalara qarşı həmişə yaxşı hazırlaşırıq. “Xəzər Lənkəran”la çempionatda artıq iki dəfə qarşılaşmışdıq və nəyə qadir olduqlarını bilirdik”. Bu sözləri apasport.az saytına açıqlamasında AZAL-ın müdafiəçisi Elvin Əliyev deyib.
Premyer Liqanın final mərhələsinə uğurlu start verən “təyyarəçilər” “Xəzər Lənkəran”a qalib gəlməklə, cari mövsümdəki yenilgilərin əvəzini çıxdı. Belə ki, paytaxt təmsilçisi Premyer Liqanın hər iki oyununda rəqibinə məğlub olmuşdu. Bakıdakı görüşün 90+3-cü dəqiqəsində Elvin Beçirinin cərimə zərbəsindən vurduğu qolla 3 xal qazanan “ağ-yaşıllar” Lənkərandakı qarşılaşmada iki top vurub, birini buraxmışdı. Ancaq üçüncü dueldə sevinən tərəf “təyyarəçilər” oldular: “Həm rəhbərlik, həm də futbolçular sözü bir yerə qoyduq ki, mütləq qələbə qazanmalıyıq. Bir komandaya uzaqbaşı iki dəfə uduzmaq olar. Hər dəfə məğlub olası deyilik ki”.
İlk “altılıq”da yer alan komandalar arasında AZAL-ı zəif rəqib kimi görənlərə də mesaj göndərən Əliyev bunun üçün oyunu izləməyin gərəkliyini deyib: “Gördünüz də, zəif komanda dedikləri komanda necə oynadı. İstifadə edə bilmədiyimiz epizodlar da oldu. Kimdənsə zəif olduğumuzu düşünmürəm. “Altılıq”da ancaq güclülər yer alır”.
Son vaxtlar oynamamağına gəlincə, Əliyev zədəli olduğunu bildirib: “Qabırğamın əzələsi dartılmışdı. Bu da çevriləndə ağrı verirdi. Oynanamağım da sırf bununla bağlı idi. Şükürlər olsun ki, geri döndüm və qələbə ilə başladıq”.

0
0