Kiminin əvvəli, kiminin axırı
14.03.2011 - 13:58
Azərbaycan Premyer Liqasının XXIII turu Georgi Adamiyanın qol seriyasını davam etdirməsi ilə əlamətdar oldu. Apasport.az saytının məlumatına görə, mövsümün sonlarına yaxın məhsuldarlıq nümayiş etdirən gürcüstanlı legioner ardıcıl 4-cü matçdır meydanı qolsuz tərk etmir.
Bu görüşlərdə 5 qol vuran Adamiya mövsümün rekorduna yaxınlaşıb. Belə ki, 2010/11 mövsümündə ən uzun qol seriyası 6 oyuna bərabərdir. Bu rekord çempionatın əvvəlində gerçəkləşib. “Neftçi”nin özbəkistanlı legioneri Bahodir Nasimov startdakı 6 turda meydanı qolsuz tərk etmirdi. O, ilk 6 görüşdə 9 dəfə rəqib qapılarına yol tapmışdı.

0
0