“Xəzər Lənkəran”dan qovuldu, adətindən dönmədi
14.03.2011 - 15:12
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Dieqo Ruiz Rumıniya mətbuatının gündəminə düşüb. Apasport.az saytının məlumatına görə, buna 30 yaşlı argentinalının növbəti qəhrəmanlığı səbəb olub.
Belə ki, cənub təmsilçisindən qovulan hücumçu qışda keçdiyi “Tırqu Mureş” klubunun heyətindəki oyunu ilə diqqəti çəkib.
Ruis Rumıniya çempionatının lideri “Otselul”la ev oyununun 2-ci hissəsində qol vurmaqla, qonaqların məğlubiyyətinə səbəb olub – 1:0. Maraqlıdır ki, ölkəmizdəki son matçında da cənubi amerikalı eyni hadisənin səbəbkarı olmuşdu.
O, “Xəzər Lənkəran”ın liderlə, yəni “Neftçi” ilə matçın sonlarında görüşün taleyini həll edən qola imza atmışdı. Görünür, məkan dəyişsə də, Ruizin adəti dəyişmir və liderlərin qənimi statusunda qalır.

0
0