Elnur Allahverdiyev: Bütün komandalar bizə qarşı birləşiblər
14.03.2011 - 15:35
“Xəzər Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- AZAL-la görüş barədə nə deyə bilərsiniz?
- Final mərhələsinin ilk oyununda qələbə qazanmaq istəyirdik. Ancaq uduzduq. Bu məğlubiyyətin təsadüfi olduğuna inanıram. Uduzmamalı idik. Biz AZAL-dan qat-qat güclü və yaxşı komandayıq. Uşaqlarda müəyyən qədər yorğunçuluq hiss olunurdu. Qapıçımız da kobud səhvə yol verdi və bu həlledici oldu. Buna baxmayaraq, həvəsdən düşməyəcəyik. Məqsədimiz dəyişməyib, çempion olmaq üçün mübarizə aparacağıq.
- İki fərqli hissə izlədik. Fasiləyədək üstünlük “Xəzər Lənkəran”da olsa da, ikinci hissədə AZAL oyunu bərabərləşdirməklə yanaşı, qələbə topunu da vurdu. Hətta bir epizodda qapı tiri sizi qoldan xilas etdi. İkinci hissədə zəif təsir bağışlamağınızda yorğunluğun təsiri var idimi?
- Ola bilsin, uşaqlarda müəyyən qədər arxayınçılıq yaransın. Ancaq bu, futboldur, hər cür nəticə ilə qarşılaşmaq mümkündür. Bundan nəticə çıxarmalı və yolumuza davam etməliyik.
- Ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində “Neftçi” ilə keçirdiyiniz oyunlardan sonra “Xəzər Lənkəran”a təriflər yağdı. Necə düşünürsünüz, arxayınçılıqda bu təriflərin də rolu ola bilərmi?
- Əlbəttə, təsiri oldu. Yenə deyirəm, bu futboldur. Bizim də səhvlərimiz oldu. Hardasa boşluqlara yol verdik. Oturub fikirləşmək yox, nəticə çıxarmaq gərəkdir.
- “Xəzər Lənkəran”ın əsas gücünün hücumda olduğu deyilir. Müdafiədə tez-tez boşluqlar yaranır...
- AZAL-la oyunda kobud səhvlərə yol vermədik. Əsas problem o oldu ki, hücum oynamadı. Parksın olmamağı sözünü dedi.
- Hakimliklə bağlı nə deyə bilərsiniz?
- Onlarda bir qram da insanlıq yoxdur. İnsan elə hərəkət eləməz. Baş açmaq olmur. Tullanıb mübarizə aparırsan, oyunu saxlayırlar. Niyə? Bu, komandanı sındırmaq deməkdi. Gərək qapımıza penalti verə?
- İkinci hissədə Rednik tez-tez sizə nəsə deyirdi...
- Hücuma qoşulmağımı istəyirdi. Ona görə də irəli getməyimi dedi.
- Komanda yoldaşlarınız deyir ki, AZAL-ı “Neftçi” stimullaşdırıb. Razısınızmı?
- “Xəzər Lənkəran” çempionatda 5 komandaya qarşı oynayır. Onlar hamısı əlbir olublar. Bütün komandalar bizə qarşı birləşiblər.

0
0