Elnur Allahverdiyev də tarixə düşdü
14.03.2011 - 16:21
Azərbaycan millisinin futbolçusu Elnur Allahverdiyev də “Xəzər Lənkəran” klubunun tarixinə düşdü. Apasport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi ilk dəfə Lənkəran təmsilçisinin kapitanı oldu.
Əsas kapitanı Kamran Ağayev zədə səbəbindən Azərbaycan Premyer Liqasının XXIII turunda AZAL-la səfər oyununu (0:1) buraxmalı oldu. Bu üzdən komandanı meydana kapitan sarğısı ilə çıxaran Elnur adını tarixə yazdırdı. O, bu şərəfə nail olan 19-cu futbolçu oldu. Allahverdiyevlə yanaşı, daha 3 futbolçu cari mövsümdə bu vəzifədə debüt ediblər. Bunlar Rahid Əmirquliyev, Xaqani Məmmədov və Ruslan Poladovdur.
“Xəzər Lənkəran”ın kapitanları: Kamran Ağayev, Mahmud Qurbanov – hərəyə 59, Emin Quliyev – 25, Samir Əliyev – 24, Zaur Ramazanov – 23, Dmitri Kramarenko – 19, Arif Əsədov – 14, Elmar Baxşıyev – 10, Bəxtiyar Musayev – 4, Alim Qurbanov – 3, Füzuli Məmmədov, Junior Osvaldo – hərəyə 2, Aleksandr Martyoşkin, Ədəhim Niftəliyev, Rəşad Abdullayev, Rahid Əmirqulıiyev, Xaqani Məmmədov, Ruslan Poladov, Elnur Allahverdiyev – hərəyə 1 dəfə.
Mənbə: lankaranfc.com

0
0