“Xəzər Lənkəran”da oynamaqdan imtina edən futbolçu cəzalandırıldı
14.03.2011 - 17:28
“Styaua” rəhbərliyi ən istedadlı futbolçularından biri sayılan Andrey İoneskunu cəzalandırıb. Apasport.az saytının məlumatına görə, Buxarest təmsilçisinin qalmaqallarla məşhur olan sahibi Cici Bekali hücumameylli yarımmüdafiəçinin əvəzedici heyətə göndərilməsini istəyib.
Artıq 2 aya yaxındır əsas komandadan uzaqlaşdırılan 23 yaşlı futbolçunun Bekalinin qəzəbinə tuş gəlməsi təsadüfi deyil. Belə ki, qış fasiləsi zamanı buxarestlilər İoneskunu “Xəzər Lənkəran”a icarəyə vermək istəyirdilər. Lakin yarımmüdafiəçi bundan imtina edib. Bundan acıqlanan Bekali əsas komandanın qapılarını Andreyin üzünə bağlayıb.

0
0