Dubayda “müflis” olanlar
14.03.2011 - 18:00
9 futbolçu üçün Azərbaycan millisinin Dubay toplanışı uğursuz nəticələndi. Apasport.az saytının məlumatına görə, qapıçı Aqil Məmmədov, müdafiəçilər Maksim Medvedev, Əziz Quliyev, yarımmüdafiəçilər Amit Quluzadə, Elnur Abdullayev, Fabio Luis Ramim, Arif İsayev, Samir Zərgərov və hücumçu Murad Hüseynov Birləşmiş Ərəb Əmirliklərindəki 2 həftəlik hazırlıqdan sonra yığmadan kənarda qaldı.
Baş məşqçi Berti Foqts onlara martın 29-da Belçika ilə rəsmi oyun üçün bu gün açıqladığı heyətdə yer verməyib. Düzdür, onu da nəzərə alaq ki, Maksimlə Amitlə zədə üzündən hələ də oynamır. Əziz Quliyevlə Saşa Yunisoğlu da həmin vaxt bu səbəbdən Dubaydakı toplanışdan kənarlaşdırılsa da, sonradan oynadılar. Saşa milliyə qayıtdığı halda, Əziz debüt etmədiyi yığmaya çağırılmadı.
Digər kənarda qalanlardan Aqil “Bakı”da ehtiyat qapıçı kimi də oyunlara sifariş edilmir, daim əvəzedicilərdə oynayır. Foqts onun əvəzinə “Bakı”nın sabiq qapıçısı, I divizionun lideri olan “Abşeron”da daim oynayan Vladimir Popoviçə dəvət göndərməyi üstün tutub. Aqilinin komanda yoldaşı, milliləşən braziliyalı Fabio Luis Ramim də mütəmadi əsas heyətdə oynamır. Samir “Gəncə”də start “11-liy”nin oyunçusu sayılsa da, Foqts Dubay hazırlığında ondan narazı qalaraq, şans vermədi.
Eyni sözləri Elnur Abdullayevə şamil etmək olar. Halbuki, Elnur qışda “Xəzər Lənkəran”a keçəndən sonra oyunu ilə diqqəti özünə cəlb edərək, artıq əsas heyət oyunçusuna çevrilib. Ancaq Foqts Abdullayevdən razı qalmadığını hələ AFFA-nın Konfransı zamanı mətbuata açıqladı. O, bundan sonra “Xəzər Lənkəran”ın 2 görüşünü izləsə də, Elnuru çağırmağı lazım bilmədi. Alman çalışdırıcı Ariflə Muradı Macarıstanla Dubaydakı yoldaşlıq görüşündə meydana buraxaraq, millidə debütlərinə imkan yaratdı. Ancaq “Qəbələ”nin hər iki gənc futbolçusu zəif təsir bağışladıqlarından, budəfəki siyahıdan kənarda qaldılar.
Müəyyən fasilədən sonra qapıçı Fərhad Vəliyev (“Qarabağ”), müdafiəçi Cəmşid Məhərrəmov (“Bakı) və yarımmüdafiəçi Araz Abdullayev (“Neftçi”) milliyə qayıtdı. Vəliyevin Dubay toplanışına aparılmamağı onun əvəzinə gənc qapıçıların sınandığını, rəsmi görüşlərdə təcrübəliyə güvənildiyini göstərdi. Fərhaddan fərqli, Arazla Cəmşid məhz Foqtsun dövründə millimizə debüt ediblər və xeyli müddətdir kənarda qaldılar.
Bunu xüsusilə Məhərrəmova aid etməliyik. Belə ki, “Bakı”nın kapitanı sonuncu dəfə yığmada – 2009-cu ilin iyunun 9-da Bakıda İspaniyaya 0:6 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə oynayıb. İndi o, 21 aylıq fasilədən sonra millinin formasında meydana çıxmaq şansı qazanıb.
Araz isə hələ ötən ilin sonunda İngiltərənin “Everton” klubu ilə müqavilə bağlasa da, Foqtsun etimadını qazanmırdı. 19 yaşlı sol cinah yarımmüdafiəçisi almaniyalı çalışdırıcımızın izlədiyi “Xəzər Lənkəran”la kubok, “Bakı” ilə “altılıq” oyununda əsas heyətdə yer alaraq, 90 dəqiqə meydanda oldu. Abdullayevin yaxşı təsir bağışlamağı Foqtsun da diqqətindən yayınmadı. O, cari seçmə mərhələdə - ötən ilin sentyabrın 7-də Almaniya yığmasına səfərdə 1:6 hesabı ilə uduzduğumuz görüşdə son 5 dəqiqədə şans verdiyi Arazı növbəti rəsmi oyuna çağırdı.
Qeyd edək ki, yığmanın klubla yoldaşlıq görüşlərinin nəticələri sayılmadığından, millimizin Dubayda Ukraynanın “Metallist” klubuna 0:2 hesabı ilə uduzduğumuz oyunu nəzərə almamışıq.
Mehman SÜLEYMANOV

0
0