Bir yanda qisas, bir yanda titulu qorumaq arzusu
15.03.2011 - 00:00
Bu gün UEFA Çempionlar Liqasının (ÇL) 1/8 final mərhələsinin qalan cavab oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, “Barselona” (İspaniya), “Şalke” (Almaniya), “Tottenhem” (İngiltərə) və “Şaxtyor”dan (Ukrayna) sonra 1/4 finala kimlərin çıxacağı qarşıdakı 2 gündə bilinəcək.
Əslində, “Çelsi”nin adını indidən bu siyahıya daxil etmək olar. Çünki debütant “Kopenhagen”in səfərdə 2 top fərqli məğlubiyyətin əvəzini çıxacağı real görünmür. Fransa təmsilçilərini səfərdə çox çətin sınaq gözləyir. “Marsel” İngiltərədə istənilən qollu bərabərliklə mərhələ adlaya bilərsə, “Lion” Madriddə mütləq qol vurmalıdır. Çünki “Real”a 1/4 finala çıxmaq üçün qolsuz bərabərlik də yetərlidir. Madridlilər son vaxtlar daim “boyun əydiyi” “Lion”dan nəhayət, qisas almağa yaxındır.
“Bavariya”nın “İnter”ə səfərdə qalib gəlməsi Münhendəki cavab görüşünü daha gərgin mübarizə şəraitində keçəcəyi deməkdir. Axı milanlılar ÇL-in son qalibidir və finalda yendiyi rəqibinə uduzarsa, titulunu itirməli olacaq. Bunun isə artıq 1/8 finalda baş verməsi “İnter” üçün böyük uğursuzluq sayılacaq.
15 mart
“Mançester Yunayted” (İngiltərə) – “Marsel” (Fransa)
İlk oyun – 0:0
“Bavariya” (Almaniya) – “İnter” (İtaliya)
İlk oyun – 1:0
16 mart
“Çelsi” (İngiltərə) – “Kopenhagen” (Danimarka)
İlk oyun – 2:0
“Real” (İspaniya) – “Lion” (Fransa)
İlk oyun – 1:1

0
0