Souza Zaqatalada penalti vura bilmir
14.03.2011 - 18:48
“Xəzər Lənkəran”ın sabiq futbolçusu Mario Souza 3 aylıq susqunluğa son qoydu. Apasport.az saytının hesablamalarına görə, 3 ildir ölkəmizdə oynayan təcrübəli hücumçu Zaqatalanın “Simurq” klubunda qol hesabını açıb.
Bu, son turda evdə “Muğan”a 1:3 hesabı ilə uduzduqları oyunda olub. Düzdür, Souza həmin epizodda penaltini dəqiq yerinə yetirə bilməsə də, təkrar zərbə ilə topu qapıdan keçirib.
Maraqlıdır ki, o, cari mövsümdə artıq 2-ci dəfədir penalti zərbəsini boşa verir. Bu, ilk dövrənin son turu çərçivəsində oktyabrın 31-də “Simurq”la görüşdə olub. Həmin vaxt “İnter”də oynayan Souza onda da 2-ci hissədə 11 metrlik cərimə zərbəsini dəqiq vura bilməyib.
Ümumiyyətlə, Mario bunadək sonuncu qolunu ötən il noyabrın 23-də vurub. Həmin vaxt “İnter”in legioneri “Turan”ı evdə böyük hesabla qalib gəldikləri oyunda (3:0) fərqlənib. Mario qış fasiləsində ondan imtina edən “bankirlər”in heyətində 3 qol vurub.
Souza çempionatımızda artıq 22-ci qolunu vurur ki, bunun ən çoxunu ilk klubu, ən yaxşı dövrünü keçirdiyi “Xəzər Lənkəran”da olub – 58 oyuna 18 qol. Braziliyalı “İnter”də 10 oyunda 3, “Simurq”da 3 oyunda 1 dəfə fərqlənib. Souza vurduğu qolların sayını “Xəzər Lənkəran”da birgə oynadığı bolqar həmkarı İvan Svetkova çatdırmaqla, legionerlərin bombardirlər siyahısında onu yaxalayıb.
Qeyd edək ki, lənkəranlılar ötən mövsüm bitəndən sonra Souza ilə Svetkovla yollarını ayırdılar.
Mehman SÜLEYMANOV

0
0