Yens Lemann 42 yaşında “Arsenal”a qayıtdı
15.03.2011 - 09:41
Yens Lemann 42 yaşında “Arsenal”a qayıtdı
Almaniya yığmasının sabiq qapıçısı Yens Lemann karyerasını bərpa edib. Apasport.az saytının məlumatına görə, ötən yay futbolçu karyerasını bitirən 42 yaşlı Lemann uzun illər oynadığı Londonun “Arsenal” klubu ilə yarım illik müqavilə bağlayıb. Bununla da komandanın baş məşqçisi Arsen Venger qapıçı problemini həll edib. “Arsenal”in 2 polşalı qapıçısı zədə üzündən kənarda qalandan sonra yalnız ispaniyalı Manuel Almuniyanın ümidinə qalıb. Londonlular Lemannı artıq bu şənbə “Vest Bromviç”lə oyuna sifariş edə bilər.

Qeyd edək ki, Yens 2003-08-ci illərdə “Arsenal”da oynayıb. Bundan sonra vətənə dönən qapıçı “Ştutqart”da 2 il oynadıqdan sonra karyerasını bitirib. O, həmçinin Almaniyanın “Borussiya” (Dortmund) və “Şalke”, İtaliyanın “Milan” klubunda oynayıb.